Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində yaşayan sakinlərlə səyyar görüşü keçirilib

06 may 2022 | 16:00

6 may 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Zirə qəsəbəsində yerləşən Qışlaq yaşayış sahəsininin  sakinləri ilə səyyar görüşü keçirilib.
   Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Zirə bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
   Xəzər Rayon İcra Hakimiyyətinin başçısı sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən müxtəlif Dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində həyata keçirilən əsaslı infrastruktur layihələrdən, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
    Səyyar görüşdə rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
    Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər