Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının tibbi aksiyası keçirilib.

28 aprel 2022 | 16:00

   Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Xəzər Tibb Mərkəzinin qarşısında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikası tibbi aksiya keçirilmişdir.

 

   
Saat 09.00-dan axşam saat 17-00-dək davam edən aksiya zamanı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və aztəminatlı rayon sakinlərinin müayinəsi aparılmışdır.

 
Müasir diaqnostik avadanlıqla təchiz edilmiş səyyar avtobusda müayinə, əməliyyata hazırlıq və texniki otaqlar yerləşir.
Təmənnasız keçirilən humanitar aksiyanın məqsədi operativ şəkildə vətəndaşları müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır.

  

Aksiya zamanı ümumilikdə 100 nəfərdən çox vətəndaş müayiyinə olunmuşdur. Gözlərində ciddi problem aşkarlanan pasiyentlərə isə Milli Oftalmologiya Mərkəzinə müraciət etmələri tövsiyə edilmişdir.

Keçidlər