Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Aprel döyüşləri böyük zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilmişdir

19 aprel 2022 | 16:00

19.04.2022-ci il tarixdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aprel döyüşləri böyük zəfərin müqəddiməsi” mövzusunda tədbir keçirilmişdir. Tədbir Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzində baş tutmuşdur.
   Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi Şirvan Süleymanov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin böyük məsləhətçisi Aqil Əlisoy, Xəzər RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, Buzovna Cümə məscidinin axundu Hacı Soltan Əlizadə, Aprel döyüşləri qazisi çavuş Ceyhun Ağayev, məktəbin direktoru Pərviz Həmzəyev həmçinin məktəbin müəllim və şagird kollektivi iştirak etmişdirlər.
   Tədbir iştirakçıları ilk olaraq Aprel döyüşlərində və Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   Sonra çıxışçılar Aprel döyüşlərinin şanlı tariximizə qızıl hərflərlə yazıldığından və Azərbaycan xalqının həmrəyliyinin bir daha nümayiş olunmasından bəhs etdilər. Natiqlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü sayəsində torpaqlarımızın işğaldan azad edilməsini vurğuladılar.

Keçidlər