Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilmişdir

16 mart 2022 | 16:00

11 mart 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilmişdir.

  
   "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 saylı Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərin təşkil edilməsi məqsədilə Xəzər RİH başçısının 2022-ci il 14 yanvar tarixli 07 saylı Sərəncamı ilə Xəzər Rayon İcra Hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından 4 üzv, vətəndaş cəmiyyəti institutlarından 5 üzv olmaqla 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.

  

Xəzər RİH yanında fəaliyyət göstərəcək İctimai Şuranın üzvlərinin say həddi seçki komissiyası tərəfindən 9 nəfər üzvdən ibarət tərkibdə müəyyən edilmişdir. İctimai Şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 11 nüməyəndəsi namizəd kimi qeydə alınmışdır.

 

11 mart 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Saryında Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya keçirilən seçkilər nəticəsində ən çox səs toplamış 9 namizəd yığıncaqda iştirak edənlərin yarıdan çoxunun səsini topladığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 saylı Qərarı ilə təsdiq edilmiş "İctimai Şuranın Vətəndaş Cəmiyyəti İnstitutları tərəfindən seçilməsinə dair Əsasnamənın 3.9 bəndinə əsasən Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibinə seçilmiş hesab olunmuşdur.
1.Elmar Mədətov - Xəzər rayonunun İnkişaf Fondunun sədri
2.Altay Mansurov - Rayon Ağsaqqallar Şurasının üzvü
3.Nadejda Məmmədova – Xəzər Rayon Rus icmasının sədri
4.Sevinc Məlikova - Azərbaycan Uşaq Fondunun sədri
5.Təvəkkül Səlimov - Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri
6.Etiqat Nəhmətov - Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi
7.Tahir İskəndərov - Təşəbbüs qrupunun üzvü
8.Səxavət Məcnunov - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri                                       
9.Arif Əzizov - Rəssamlar İttifaqının nümayəndəsi

  

Xəzər Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya yeni seçilmiş üzvlər qarşısında çıxış edən Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, kommisiyanın sədri Elşən Qurbanov keçirilən seçkinin şəffaflığını alqışlayaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət sayəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi, dövlət orqanlarının yanında QHT-lərin iştirakı ilə ictimai qurumların yaradılması və s. kimi məsələlərlə bağlı indiyədək bir sıra addımlar atılıb. Vətəndaşlar bu qanunun onlara yaratdığı hüquqi imkanlar çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin fəaliyyətində ictimai iştirakçılığın məqsədini, prinsiplərini, forma və məzmununu ifadə etməklə yanaşı, mövcud problemlərin yerli qaydada həllinə də nail ola biləcəklər. Rayon İcra Hakimiyyətinin qeyri-hökumət təşkilatları ilə yaxından əməkdaşlıq etdiyini diqqətə çatdıran natiq yaradılan İctimai Şuranın bu sahədə atılan növbəti addım kimi dəyərləndirmiş, İctimai Şuranın yeni seçilmiş üzvlərinə fəaliyyətlərində uğurlar arzulamışdır.

 

Tədbirdə digər natiqlər çıxış edərək "İctimai iştirakçılıq" haqqında qanunun qəbulunu və cənab Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsinin ölkə vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd etmişlər. Həmçinin, Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmişdilər.

 

Seçkidə səsvermə prosesinin sözügedən sahə üzrə mövcud qanunvericiliyin tələblərinə əsasən təşkilini, eyni zamanda tam şəffaf və ədalətli keçirilməsini təmin etmək məqsədilə, bütün lazımi sənədləri özündə ehtiva edən məlumat löhvələri, səsvermə kabinaları, səsvermə qutusu və digər lazımi avadanlıqlarla təmin edilmişdir.

 

Keçidlər