Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Türkan qəsəbəsində ağsaqqallarla görüş keçirilmişdir

07 yanvar 2022 | 16:00

    07 yanvar 2022-ci il tarixində  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun və Millət Vəkili Soltan Məmmədovun iştirakı ilə Türkan qəsəbəsinin ağsaqqalları ilə görüş keçirilmişdir.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və Millət Vəkili Soltan Məmmədov çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafı həmçinin, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinlərinə geniş məlumat vermişlər.
    Daha sonra qəsəbə sakinləri çıxış edərək rayon ərazisində gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmiş və onları narahat edən problemlərin aradan qaldırılmasını xahiş etmişlər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müraciətlərin ediləcəyi bildirilmişdir.

 

 

Keçidlər