Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Nizami Gəncəvi ili” nə həsr olunmuş tədbir keçirilib

18 dekabr 2021 | 16:00

  Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlqədar 18 dekabr 2021-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Zirə Eko Park”da musiqili bədii  tədbir keçirilmişdir.

 
   Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və rayon ictimaiyətinin nümayəndələri iştirak etmişdir.

 

 

  Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı İlqar Fəhmi açaraq, dahi Azərbaycan şairinin həyat və yaradıcılığı barədə danışmış, Nizami ili çərçivəsində ölkədə keçirilmiş tədbirlərdən söz açmışdır.

 Sonra Xəzər Yazıçılar birliyinin sədri Arif Buzovnalı müasir dövrdə Nizami irsinin təbliğin vacibiyindən danışmışdır.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Kamal Hüseynzadə və Xəzər Yazıçılar Birliyinin üzvü şair Nicat Nəsri Nizami şerlərinə yazdıqları nəzirələri səsləndrmişlər.
Çıxışlardan sonra xanəndələr Hüseyn Məlikov və Məmməd Nəcəfov Nizami əsərlərinə müraciət olunmuş mahnılar ifa etmişlər.

 
   Sonda Xəzər RİH-nin başçısı cənab E.Salahov rayon ərazisində Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunmuş tədbirlərdən bəhs etmiş və rayonun mədəni həyatında fəal iştirak edən bir sıra mədəniyyət işçilərini Fəxri Fərmanlarla təltif etmşdir.

    

  
   Tədbir Xəzər rayon rəssamlarının və heykəltəraşlarının Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş əsərlərindən ibarət sərginin nümayişi ilə başa çarmışdır.

 

Keçidlər