Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam edir

17 dekabr 2021 | 16:00

  Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də abadlaşdırılma və yeni yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

 

 

 
   Görülən işlər çərçivəsində rayonun mərkəzi küçə və prospektlərində qurumuş ağaclar yeniləri ilə əvəz olunur və yeni yaşıllıqlar salınır.
Hal-hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq-quruculuq və yaşıllaşdırma işləri davam etdirilir.

  

 

 
   Rayon ərazisində yaşıllıq zolaqlarının salınması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi məqsədilə yeni ağaclar və gül kollarının əkilməsi, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilməklə çəmənliklərin biçilməsi, yabanı otların təmizlənməsi və əkilmiş ağacların suvarılması və aqrotexniki qulluq işləri görülür.

 

 

 

Keçidlər