Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidi Axundov Mirzə Musa oğlunun xatirəsinə ucaldılmış abidə kompleksinin və bulağın açılış mərasimi keçirilib

06 dekabr 2021 | 16:00

  06 dekabr 2021-ci il tarixdə Türkan qəsəbəsində Vətən Müharibəsi Şəhidi Axundov Mirzə Musa oğlunun əziz xatirəsinə ucaldılmış abidə kompleksi və onun şərəfinə tikilmiş bulağın açılış mərasimi olmuşdur.
  Mərasimdə Xəzər RİH başçısı və aparatın əmakdaşları, Millət Vəkili, YAP Xəzər rayon Təşkilatının sədri, Türkan qəsəbə və bələdiyyə nümayəndələri, qazilər, qəsəbə sakinləri və şəhidin ailə üzvləri iştirak etmişdir.
  Tədbir açıq elan edildikdən sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbacan  Dövlət himni səsləndirilmişdir.
  Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, Yap Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov çıxış edərək şəhidlərimizin əziz xatirəsinin daim qəlblərimizdə yaşayacağını, Azərbaycan Respublikasının 44 gün davam etmiş Vətən Müharibəsində qələbə qazanmasının əsas amili kimi Ali Baş Komandanımızın ətrafında ordumuzun və xalqımızın sıx birliyinin olmasını ən vacib şərt olduğunu bildirmişlər.
   Tədbirin sonunda Şəhidin əziz ruhuna dualar oxunmuşdur.

Keçidlər