Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun doğum günü anılıb

25 noyabr 2021 | 16:00

   25 noyabr 2021-ci il tarixdə  Vətən Müharibəsi Qəhrəmanı şəhid Mansurov Elçin Elşad oğlunun doğum günü anılıb.
   Doğum günü münasibətilə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət edilmiş, önünə əkili qoyulmuş, böyük ehtiramla yad olunmuşdur. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, şəhidin ailə üzvləri və yaxınları, Vətən müharibəsi iştirakçıları, qazilər, və ictimaiyyət nümayəndələri iştirak ediblər.
  Xəzər RİH başçısı Elşən Salahov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, Şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir.    Həmçinin RİH başçısı qeyd etdi ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
  Şəhid Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçinin adının əbədiləşdirilməsi məqsədilə  Xəzər RİH-nin vəsatəti əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən onun ailəsinin Binə qəsəbəsindəki yaşadığı küçəyə onun adı verilmiş, göstərici lövhələr vurulmuşdur.
  Nazirlər Kabinetinin qərarı ilə isə Binə qəsəbəsində yerləşən 88 saylı tam orta məktəbə onun adı verilmişdir.
Sonda Şəhid Mansurov Elçin Elşad oğlunun təltif olunduğu “İgidliyə görə”medalı ailəsinə təqdim olunmuşdur.

Keçidlər