Şriftin ölçüsü :

Saytın rəngi :

Şağan Reabilitasiya Pansionatında “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir

08 noyabr 2021 | 16:00

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Şaqan Reabilitasiya Pansionatında müalicə alan ümumi səbəbdən əlil, I və II vətən müharibəsinin qaziləri üçün “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilmişdir.

 

 
   Tədbirdə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədr müavini Ramin Rzayev,, Şaqan Reabilitasiya Pansionatının direktoru Jalə Həsənova, Şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

 

 
   Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən Müharibəsi Şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

 

 

   Tədbirin davamında “8 Noyabr Zəfər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, konsert proqramı təşkil edilmiş, eyni zamanda əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin təqdimatı baş tutmuşdur.

 

Keçidlər