Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Qəhrəmanı şəhid baş leytenant İbrahimli Adil Asəm oğu və şəhid mayor Əliyev Asiman Vaqif oğlunun il mərasimi keçirilmişdir

07 noyabr 2021 | 16:00

   II Fəxri Xiyabanda Vətən Müharibəsi Qəhrəmanı şəhid baş leytenant İbrahimli Adil Asəm oğu və şəhid mayor Əliyev Asiman Vaqif oğlunun il mərasimləri keçirilmişdir
  7 noyabr 2021-ci il tarixində keçirilən mərasimdə hər iki şəhidin ailə üzvləri, döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, Azərbaycan Respublikasının Milli Məclisinin Sədr müavini Adil Əliyev, Xəzər RİH başçısı Elşən Salahov, Yasamal RİH başçısı Elşad Həsənov, Millət Vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon idarəsinin rəisi Nasir Qurbanov iştirak etmişdir.
  Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Tədbirdə Milli Məclisinin Sədr müavini Adil Əliyev, Xəzər RİH başçısı Elşən Salahov, Yasamal RİH başçısı Elşad Həsənov, Millət Vəkili Rauf Əliyev və YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək  “Zəfər Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, şəhidlərin ailələrinə başsağlıqları vermişlər.
  Tədbirin davamında şəhidlərin məzarlarının önünə əklillər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.
  Sonda Vətən Müharibəsi Şəhidlərinin ailə üzvlərinin qayğıları ilə maraqlanılmış, problemləri dinlənilmişdir.
  Həmin gün Xəzər RİH başçısı və aparatın işçiləri tərəfindən Binə qəsəbəsi, Şəhidlər Xiyabanında şəhid Əliyev Murad Hüseyn oğlunun, şəhid Feyzizadə Toğrul İlqar oğlunun, şəhid Hüseynov Sənan Vidadi oğlunun və şəhid Şükürov Samir Təyyub oğlunun məzarları ziyarət olunmuş və məzarları önünə güllər qoyularaq ruhlarına dualar oxunmuşdur.
  Hər iki tədbirdə məktəblilər şəhidlərin xatirəsinə şeirlər söyləmişdir.\

 

Keçidlər