Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun şagirdləri arasında "Zəfər Günü"adlı virtual rəsm müsabiqəsi keçirilib

06 noyabr 2021 | 01:00

Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən Vətən Müharibəsi mövzusunda elan olunan "Zəfər Günü" adlı virtual rəsm müsabiqəsi sona çatmışdır.

   

  

   Müsabiqəyə Xəzər rayonunda yerləşən məktəblərdə təhsil alan 12 şagird qatılmışdır.  İştirakçılar Vətən müharibəsində Müzəffər Ordumuz tərəfindən 44 gün ərzində qazanılan şanlı qələbədə igidlik və şücaət göstərən qəhrəmanlarımızın döyüş yolunu, onların cəsarət və mərdliyini, keçən 44 günün sevinc və kədərini, azad olunmuş torpaqlarımızın göz oxşayan təbiətini, uğruna canlar verilən Qarabağın tarixini, mədəniyyətini özündə əks etdirən rəsmləri müsabiqəyə təqdim etmişdir.

                   

                  

Müsabiqənin qalibi seçililən 237 nömrəli tam orta məktəbin şagirdi Güləliyev Əhməd Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinə dəvət edilmiş və ona hədiyələr təqdim olunmuşdur.

                 

                  

                   

                   

Keçidlər