Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən müharibəsi Şəhidi Abdullazadə Qasım Əli oğlunun ad günü qeyd edildi

27 iyul 2021 | 16:00

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəzər rayonunun Mərdəkan qəsəbəsindən olan Abdullazadə Qasım Əli oğlunun ad günü uyuduğu qəbiristanlıqda məzarı önündə qeyd olundu.
   27 iyul 2021-ci il tarixində  keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin məsul əməkdaşları, RİH başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Mərdəkan bələdiyyəsinin sədri, qəsəbə sakinləri, şəhidin ailə üzvləri, ağsaqqallar və din adamları iştirak ediblər.

  

Əvvəlcə Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır. Həmçinin, bildirmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və müzəffər ordumuzun qüdrəti altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etmişdir. Üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanmaqdadır.

 

Mərasimdə çıxış edən digər natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirdilər.

 

Şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
   Sonda Şəhid Abdullazadə Qasım Əli oğlunun təltif olunduğu “Füzulinin azad olunmasına görə”medalı ailəsinə təqdim olunmuşdur.

 

Keçidlər