Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhidlərimizin adını daşıyan xatirə bulağının açılışı olub

27 iyun 2021 | 07:30

26 iyun 2021-ci il tarixində Xəzər rayonunun Şüvəlan qəsəbəsində 44 günlük müharibə zamanı şəhidlik zirvəsinə yüksələn qəsəbə sakinləri Vəliyev Müslüm Vəliağa oğlu, Eyniyev Tərlan Gölişad oğlu, Hacıyev Kamran Füzuli oğlu və Məmmədov Səxavət Adıgözəl oğlunun  xatirəsinə inşa edilmiş Şəhidlər bulağının açılışı olub.

 

Açılış mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidlərin doğmaları, bir qrup qazilər, müharibə iştirakçıları və qəsəbə sakinləri iştirak ediblər.

 

 

Tədbirdə 44 günlük Vətən müharibəsində Şanlı Qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərinin qanının yerdə qalmadığı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd edilib.

 

 

Açılış mərasimində çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.

 

 

Keçidlər