Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xəzər rayonu məktəbliləri arasında şeir müsabiqəsi keçirilmişdir

08 may 2021 | 10:20

Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Xəzər rayon məktəblərinin 8-11-ci sinif arasında onlayn şeir müsabiqəsi keçirilmişdir. Tədbirin keçirilməsində məqsəd həyatını xalqına həsr edən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixində dərin iz buraxan siyasi və dövlət xadimi kimi zəngin fəaliyyətini gənc nəslə aşılamaqdır.

 

 

29 orta məktəbin iştirak etdiyi müsabiqədə şagirdlər Ümummilli Lider Heydər Əliyevə həsr edilən şeirlər səsləndirmişlər. Müsabiqədə dörd məktəbin şagirdləri fərqlənərək qalib olmuşlar. Belə ki, 26 №li tam orta məktəbin X sinif şagirdi Babaşova Aytən Nazim qızı I yerə, 322 №li tam orta məktəbin IX sinif şagirdi Vəkilova Aydan Rəfail qızı II yerə, 149 №li tam orta məktəbin VIII sinif şagirdi Adıgözəlova Səbinə Arif qızı III yerə layiq görülmüşlər. 324 №li tam orta məktəbin IX sinif şagirdi Kazımova Sevinc Arzu qızı isə müsabiqədə fəal iştirakına görə fərqlənmə diplomu qazanmışdır.

 

 

Qaliblərə Xəzər RİH-in diplom və hədiyyəri təqdim olunmuşdur.

 

Keçidlər