Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Kamran Şirəliyevin məzarı ziyarət olunub

06 aprel 2021 | 16:00

Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğu Şirəliyev Kamran Faiq oğlunun ailə üzvləri ilə birlikdə şəhidin məzarı ziyarət edilmiş, məzarı üstünə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur.
  Tədbirdə 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb.

 

Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.
  Şəhidin valideyinləri şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişdirlər.

  

Keçidlər