Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun 120 və 156 saylı orta məktəblərinin direktorları səmərəli fəaliyyəti və təşəbbüskarlığında fərqləndiynə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir

08 fevral 2021 | 16:00

  05.02.2021-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən səmərəli fəaliyyəti və təşəbbüskarlığı ilə fərqləndiyinə görə 24 məktəb direktoru  Fəxri Fərmanla təltif edilmişdir.
  Təltif edilənlər arasında Xəzər rayonundan  120 nömrəli məktəbinin direktoru İsalı Kamran Buludxan oğlu və 156 nömrəli məktəbinin direktoru Heydərov Maqsud Vahab oğlu da olmuşdur. BŞTİ-nin müdiri Mehriban Vəliyeva təltif olunan məktəb direktorlarını təbrik etmiş, məktəb rəhbərləri arasında əməkdaşlıq və təcrübə mübadiləsindən, şagirdlərin təlim nəticələrinin yüksəldilməsi istiqamətində görülən işlərdən, təhsil sahəsində aparılan islahatlardan və qazanılmış uğurlardan söz açmışdır.

 

  M.Vəliyeva təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə, gənc nəslin bilikli, vətənpərvərlik və azərbaycançılıq ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə etmişdir. Təltif olunan təhsil işçilərinə səmərəli fəaliyyətlərinə, təhsilin inkişafındakı xidmətlərinə görə təşəkkürünü bildirən BŞTİ-nin müdiri, onlara işlərində uğurlar arzulamışdır.
  Xəzər Rayon İcra Hakimiyyəti Aparatı təltif olunan məktəb direktorlarını ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.

 

Keçidlər