Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayon məktəblərində 20 Yanvar hadisəsi ilə bağlı müxtəlif məzmunlu silsilə tədbirlər keçirilib

19 yanvar 2021 | 16:00

    19.01.2021-ci il tarixində Xəzər rayonunda fəaliyyət göstərən tam orta məktəblər tərəfindən “20 Yanvar hadisələrinin 31-ci ildönümü” ilə bağlı onlayn şəkildə bir sıra tədbirlər həyata keçirilib.
    Tariximizin bu qanlı, lakin şərəfli səhifəsinin məktəblilər tərəfindən unudulmaması, yad edilməsi üçün 19 yanvar tarixinin ilk dərslərində bütün siniflərdə fənnindən asılı olmayaraq 20 Yanvar hadisələrinə həsr olunub.
    Bundan əlavə “20 Yanvar” şəhidləri ilə yanaşı, digər şəhid olmuş Azərbaycan oğulları barədə videotəqdimatlar hazırlanaraq təqdim edilib.
Onlayn dərslərdə “Qanlı 20 Yanvar” hadisələri şagirdlər tərəfindən milli birlik rəmzi kimi xatırlanmış, əbədiyyətə qovuşan, vətənpərvərlik salnaməsi yaradan Vətən övladlarının müqəddəs ruhları hörmət və qürurla anılıb. Şəhidlər xiyabanı müstəqillik, vətən birliyi şərəfinə şəhidlərin ruhu ilə ucaldılan and yerimiz, qeyrət və ucalıq qalamızdır kimi fikirlər şagirdlərinin hazırladığı onlayn ədəbi-bədii kompozisiyada öz ifadəsini tapıb.
     Sonda məktəblilər tərəfindən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsindəki möhtəşəm qələbəsi nəticəsində torpaqlarımızın  işğaldan azad edilməsi 20 Yanvar şəhidlərinin ruhlarının şadlıq təntənəsi kimi qiymətləndirilib.

 

 

Keçidlər