Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunun Zirə qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib

01 dekabr 2020 | 16:00

  Xəzər rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı yaşıllıqların çoxaldılmasının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri də davam etdirilir.
     1 dekabr 2020-ci il tarixində rayonun Zirə qəsəbəsində, Zirə - Türkan avtomobil yolunun sol hissəsində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib.

  

  
     Laçın rayonunun erməni işğalından azad olunmasına həsr olunmuş Ağacəkmə Aksiyasında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının  kollektivi, qəsəbə ağsaqqalları və Zirə qəsəbəsindən olan şəhid valideynləri iştirak ediblər.

  

  
     Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində rayonun Zirə qəsəbəsində  baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun olmaqla, 500 ədəd “Şam” ağacı əkilib.
 Bundan əlavə yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları rayonun digər qəsəbələrində də davam etdirilir.

  

  

Keçidlər