Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşıllaşdırma işləri davam etdirilir

25 noyabr 2020 | 08:30

Xəzər rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə yanaşı yaşıllıqların çoxaldılmasının təmin edilməsi istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq ağacəkmə tədbirləri də davam etdirilir.

  

24 noyabr 2020-ci il tarixində rayonun Türkan qəsəbəsində, Türkan-Hövsan avtomobil yolunun sağ hissəsində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib.

  

Ölkə üzrə həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində rayonun Türkan qəsəbəsində  baş tutan aksiyada, əsasən yerli şəraitə uyğun olmaqla, 1000 ədəd “Şam” ağacı əkilib.

  

Bundan əlavə yaşıllıqların bərpası məqsədilə ağacəkmə aksiyaları rayonun digər qəsəbələrində də davam etdirilir.

  

  

  

 

Keçidlər