Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar ASAN xidmət Xəzər rayonunun Mərdəkan qəsəbəsində

07 noyabr 2020 | 16:00

   Səyyar ASAN xidmət noyabr  ayının 2-dən etibarən Mərdəkan qəsəbəsində fəaliyyətə başlayıb. Səyyar ASAN xidmət 2-21 noyabr tarixlərinə kimi Xəzər rayonunun Mərdəkan qəsəbəsi  qəsəbəsi, Sergey Yesenin küçəsi 2 (Mərdəkan Mədəniyyət Sarayının qarşısı  )  ünvanında səyyar formada vətəndaşlara xidmət göstərəcək.

   
     Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
     

    Bu xidmətlərə aşağıdakılar daxildir:

     Notariat fəaliyyəti;
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

   

   
  

    Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Keçidlər