Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin müraciətlərinə əsasən rayonun digər qəsəbələr ilə yanaşı Mərdəkan qəsəbəsində də abadlıq-quruculuq işləri davam etdirilir

07 oktyabr 2020 | 16:00

  Belə ki, Mərdəkan qəsəbəsində çoxmərtəbəli  yaşayış binalarının qarşısında  gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə  mini stadionda təmir-bərpa işləri aparılmışdır. Stadionun həyətyani sahəsindəki qazon örtüyü, qapı torları yenilənmiş, darvazası rənglənmişdir.

 Stadionda uşaqların səmərəli vaxt keçirtmələri üçün hər cür şərait yaradılmışdır.  07.10.2020-ci il tarixdə stadionun açılışı həyata keçirilmiş və sakinlərin istifadəsinə verilmişdir.

 Tədbirdə Xəzər RİH aparatının nümayəndələri, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi və qəsəbə sakinləri iştirak etmişdir.

 Açılış zamanı uşaqlara futbol topları hədiyyə edilmişdir.

  

  

   

   

  

Keçidlər