Şriftin ölçüsü :

Saytın rəngi :

Siyasi partiyaların birgə bəyanatı milli birliyin təzahürüdür

29 sentyabr 2020 | 16:00

Bildiyimiz kimi, 27 sentyabr 2020-ci il tarixdə mənfur faşist Ermənistanı yenidən təxribat törədərək cəbhəboyu yerləşən kəndlərimizi gülləbarana tutmuş, dinc əhaliyə xəsarət yetirmişdir. Buna cavab olaraq Azərbaycan ordusu genişmiqyaslı hərbi əməliyyatlara başlayaraq düşməni susdurmuşdur. Bununla əlaqədar Azərbaycanda mövcud olan 52 siyasi partiyadan 50-si birgə bəyanat qəbul edərək Ali Baş Komandanın ətrafında birləşməyə qərar vermişdilər. Bu, təkcə xalqla hökümətin həmrəyliyinin deyil, eyni zamanda Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.


   Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatından Ermənistanın işğalçı siyasətinə etiraz edərək bildirmişlər ki, mülki əhalinin yaşadığı kəndlərin bombalanması faktı insanlığa qarşı edilən cinayət kimi beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirməli və faşist ermənistanın öz layıqlı cəzasi almalıdır.
   Ölkənin siyasi partiyaları beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını tələb edirlər.BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə Ermənistanın 30 ilə yaxın bir müddət ərzində məhəl qoymadığını yada salan siyasi partiyaların rəhbərləri, Azərbaycana qarşı tətbiq olunan ikili standartlar son qoyulmasını tələb edirlər.
   Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarınınhərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər. Belə ki, erməni hökuməti daxili siyasi mübarizəni arxa plana çəkmək məqsədi ilə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur.
   Ermənistanın siyasi elitasının məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir.
Siyasi partiyaların rəhbərləri dövlət başçısının fikrini dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.
   Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutmasını bir daha təsdiqləyir.
   Ermənistan hökümətinin sülhü və beynəlxalq hüququ rədd etməsi, atəşkəsin mütəmadi pozulması və məsuliyyətsiz bəyanatlar Ermənistana qarşı beynəlxalq inamı azaldır və onun bütün regional layihələrdən kənar qalmasına səbəb olur.
   Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını qınayır və onlardan adekvat tədbirlərin görülməsini tələb edirlər.
Ölkənin siyasi partiyalarının Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatları milli və siyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Birgə bəyanat ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır.
  Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.

 

                                                                                                                                                                                                                                                               14 nömrəli BŞX-nın şöbə müdiri                              
                                                                                                                                                                                                                                                                                                        V.S. Əliyeva

Keçidlər