Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda qarlı hava şəraiti ilə əlaqədar operativ təmizlik tədbirləri həyata keçirilir

11 yanvar 2023 | 08:22

    Yanvarın 8-dən başlayaraq Bakı şəhərinə yağan ilk qardan sonra Xəzər rayonunda kommunal xidmətləri tərəfindən payız-qış mövsümünə hazırlıq tədbirləri planına uyğun operativ tədbirlər həyata keçirilir. Görülən operativ tədbirlər çərçivəsində qar yağmış ərazilərdəki prospekt, küçə və yollar gecə saatlarında burada növbədə olan xüsusi təyinatlı texnika və kommunal xidmət əməkdaşları tərəfindən təmizlənilir, yollara duz səpilir, yollarda nəqliyyatın hərəkəti təmin edilir, səkilər qar və buz qatından təmizlənərək piyadaların hərəkəti asanlaşdırılır, eyni zamanda, yol kənarlarına yığılan çirkabların təmizlənməsi işləri aparılır.

Keçidlər