Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda növbəti ümumrayon iməcliyi keçirildi

07 oktyabr 2022 | 18:25

        Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı ümumrayon iməcliyi keçirilmişdir. 

    Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 07 oktyabr 2022-ci il tarixində səhər saatlarından etibarən rayon ərazisində təmizlik işlərinin həyata keçirilməsinə başlanılmışdır.
   İməcilik zamanı ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülmüş, ərazilər ətraf mühit, insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizlənmişdir. Toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınmışdır.  
   Eyni zamanda daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, ağaclar və yaşıllıq zolaqlarının yuyulması, eləcədə digər təmizlik işləri görülmüşdür.    

Keçidlər