Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda məhəllədaxili yollara asfalt örtüyü döşənir

23 sentyabr 2022 | 11:25

   Vətəndaşların gediş-gəlişinin rahatlığını təmin etmək məqsədilə Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə başlanılıb.
   Xəzər Rayon İcra Hakimiyyəti və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayonunun müxtəlif ünvanlarında aparılan asfaltlanma işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı küçə və yollarda aparılır.
   Aparılan asfaltlama işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir. Hazırda rayonun Mərdəkan qəsəbəsinin 100-cü Mərdəkan küçəsində, Baba Əliyev 15 ünvanında, Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi, 1349-cu məhəllədə yerləşən binaların həyətində, G.Məmmədov və Seryogin küçələrindəki yaşayış binalarının həyətlərində asfaltlanma işləri aparılmışdır.
   Görülən işlərlə yanaşı Buzovna bələdiyyəsi tərəfindən də öz növbəsində sakinlərin müraciətləri əsasında qəsəbənin Əziz Mirəhmədov küçəsi, döngə 8 ünvanında ümumilikdə 975 kv.metr asfalt örtüyü salınmışdır.

Keçidlər