Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda genişmiqyaslı abadlıq, təmir-bərpa və təmizlik işləri davam etdirilir

05 sentyabr 2022 | 16:52

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması və yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
   İrimiqyaslı təmizlik və abadlıq işləri çərçivəsində növbəti iməcilik Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi, rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin texnika və işçi qüvvələri cəlb olunmaqla rayonun Buzovna qəsəbəsində aparılmışdır.
   Belə ki, Buzovna qəsəbəsinin mərkəzi küçələrindən olan Heydər Eyvazov, Dənizkənarı və Mustafa Subhi küçələrində təmizlik işləri aparılmış, yol boyu vətəndaşlara məxsus fərdi yaşayış evlərinin divarları, hasarları, darvazaları rənglənmiş, işıq dirəklərində olan nasazlıqlar aradan qaldırılmış, yanmayan lampalar yeniləri ilə əvəzlənmiş, ərazidəki qaz kəmərləri rənglənmişdir. Bundan əlavə, qeyd olunan küçələrdə alaq otları vurulmuş, bərk məişət tullantıları daşınılmış, yollar xüsusi süpürən-təmizləyən maşınlardan istifədə edilməklə təmizlənmiş, piyada səkiləri asfaltlanmış, yeni bardürlər düzülmüş və ətrada yeni yaşıllıqlar salınmışdır.

Keçidlər