Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq-quruculuq və təmizlik işləri davam edir

07 aprel 2023 | 10:44

   Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayonu ərazisində də küçə, park, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
     Yaz mövsümünün gəlişi ilə əlaqədar sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün rayon ərazisindəki mövcud parklarda, xiyabanlarda və abad həyətlərdə cari təmir işləri aparılıb.
     Belə ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və Rayon Yaşıllaşdırma Sahəsinin işçilərinin iştiraki ilə rayonun bütün qəsəbələrində iməclik təşkil olunub.
    İməclik zamanı parklarda, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görülərək, prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin cari təmiri və yuyulması həyata keçirilib, parklarda oturacaqlar, işıq dirəkləri təmir edilib və rənglənib, yarasız vəziyyətə düşmüş uşaq-oyun və idman qurğularının cari təmir işləri aparılıb,
    Həmçinin, ağac və kollarda yaşıl budama işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi alaq otlarından və tullantılardan təmizlənib.
     Qeyd edək ki, rayonun bütün qəsəbələrində abadlıq, quruculuq və təmir işləri davam etdirilir.

Keçidlər