Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda abadlıq işləri uğurla həyata keçirilir

02 dekabr 2022 | 12:21

   Respublikanın hər bir yerində aparılan abadlıq quruculuq işləri çərçivəsində Xəzər rayonunun Mərdəkan qəsəbəsində də bir sıra abadlıq quruculuq işləri həyata keçirilmişdir.

   Belə ki, rayon  ərazisində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xəzər rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi 2 və Qurban İsmayılov küçəsi 1 saylı yaşayış binalarının həyətinə ümumilikdə 1300 kv.m asfalt örtüyü döşənmişdir.

  Bundan əlavə, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsinin Xəzər Təmir Bərpa Sahəsi tərəfindən sözügedən binaların həyətində uzunluğu 250 m xətt çəkilməklə 3 ədəd dirək və 3 ədəd işıqlandırıcı quraşdırılmışdır.

  Eyni zamanda, həmin binaların həyətində bir sira abadlıq təmizlik işləri aparılmışdır və bu istiqamətdə işlər davam etdirilir. 

Keçidlər