Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsinin Əliağa Şərqi küçəsində təmir işləri başa çatdırılıb

28 oktyabr 2022 | 09:02

   Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən rayon ərazisində məhəllədaxili yolların yenidən qurulması və abadlıq işlərinin aparılması davam etdirilir.
    Tədbirlər çərçivəsində Buzovna qəsəbəsinin Əliağa Şərqi küçəsinə yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. 

    Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

 

 
 

    

Keçidlər