Şriftin ölçüsü :

Saytın rəngi :

Buzovna qəsəbəsinin Cəfər Cabbarlı küçəsində təmir işlərinə başlanılıb

20 oktyabr 2022 | 08:15

   Vətəndaşların gediş-gəlişində, xüsusən payız-qış mövsümündə yaranan problemlərin aradan qaldırılması istiqamətində Bakı şəhəri və onun qəsəbələrində Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi tərəfindən icra olunan tədbirlər Xəzər rayonunu da əhatə edir. Həyata keçirilən tədbirlər çərçivəsində rayonun Buzovna qəsəbəsi Cəfər Cabbarlı küçəsində təmir işlərinə başlanılıb.
  Aparılan yenidənqurma işləri çərçivəsində küçəboyu torpaq qatı frezlənib, zəruri olan  yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılıb. 
   Hazırda ərazidə yeni yol əsasının inşası və yeni asfalt örtüyünün döşənməsi  üçün əsaslı işlər icra olunur. 
   Qeyd edək ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Xəzər rayonunun Mərdəkan, Binə, Buzovna, Qala və Zirə qəsəbələri ərazisində  yollarda təmir işləri aparılıb və bu istiqamətdə işlər davam etdirilir. 
 

Keçidlər