Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Zəfər Gününə həsr olunmuş “Zəfər Kuboku“ adlı mini-futbol turniri keçirilmişdir.

04 noyabr 2022 | 17:17

   8 noyabr - Zəfər Gününün qeyd olunması məqsədilə Xəzər rayonunda silsilə tədbirlər davam edir. Bu tədbirlər çərçivəsində Türkan qəsəbəsindəki 262 №li tam orta məktəbin təşkilatçılığı ilə “Zəfər Kuboku“ adlı mini-futbol turniri keçirilmişdir.
  Turnirdə Xəzər rayonunun 119, 156, 185, 216, 256, 262 nömrəli məktəbləri iştirak etmişdirlər. Bir neçə görüşdən ibarət olan turnirin final mərhələsində 156 və 262 nömrəli tam orta məktəbin komandaları qarşılaşmışdırlar. 156 nömrəli tam orta məktəbin komandası 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olmuşdur.
   Tədbirin sonunda hər iki komandaya diplom və hədiyyələr təqdim olunmuş, iştirakçılar ilə xatirə şəkli çəkilmişdir.

Keçidlər