Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Zəfər Günü” münasibətilə silsilə tədbirlər davam edir

05 noyabr 2022 | 15:54

   04 noyabr 2022-ci il tarixində Türkan qəsəbəsində yerləşən E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 saylı Xüsusi internat məktəbində “Dəmir Yumruğun Zəfəri” adlı tədbir keçirilmişdir. Tədbirdə Xəzər RİH başsının müavini Əfsar Mirzəliyev, Azərbaycan Respublikasının Təhsil Nazirinin müşaviri Nigar Bağırlı, Vətən müharibəsi qaziləri, Türkan qəsəbəsinin ictimaiyyət nümayəndələri, internat məktəbinin müəllim və şagird kollektivi iştirak etmişdir.

   Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladıqdan sonra, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla anılmışdır. Sonra internat məktəbinin şagirdlərinin iştirakı ilə hazırlanan “Dəmir Yumruğun Zəfəri” adlı kompozisiya qonaqlara təqdim edilmişdir.

   Tədbirdə çıxış edən qonaqlar gənc nəslin kiçik yaşlarından vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq kimi hissləri formalaşdıran və təbliğ edən internat məktəbinin rəhbərliyi və müəllimlərinə dərin minnətdarlıqlarını bildirmişdirlər.

   Tədbirin sonunda xatirə şəkli çəkilmişdir.

Keçidlər