Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda "Vətən sənə canım fəda" adlı tədbir keçirildi

26 sentyabr 2022 | 18:56

 

  26 sentyabr 2022-ci il tarixdə Vətən Müharibəsinin II ildönümü ilə əlaqədar Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli Mərdəkan filialında 181 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə 44 günlük Şanlı Vətən Müharibəsi iştirakçıları İlkin Pənahov, Elnur Ağacanov, Seyfulla Əliyev, Orxan Vəliyev ilə görüş keçirilmişdir. Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, Xəzər rayonu MKS-in direktoru Jalə Əliyeva, 181 saylı məktəbin müəllim və şagird kollektivi, Mərdəkan Mədəniyyət Sarayının nümayəndələri və kitabxana işçiləri, "Mərdəkanın Abşeronda strateji mövqeyi və igidlik salnaməsi" kitabının ideya müəllifi Pənah Babayev iştirak etmişdirlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Sonra Vətənimizin azadlığı uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

 Görüşdə çıxış edən Lalə Əhmədova və digər qonaqlar 44 günlük Vətən Müharibəsində iştirak edən oğullarımızın qəhrəmanlıq yolundan, göstərdikləri şücaətdən söhbət açaraq, şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə səbr, qazilərimizə isə can sağlığı arzuladılar. Çıxış zamanı Şəhid ailələri və qazilərimizə olan dəstək və qayğıdan, 44 günlük Vətən müharibəsində arxa cəbhədə xalqın göstərdiyi birlik və bərabərlikdən söz açan qazilərimiz, onlara göstərilən qayğı və diqqətdən razı qaldıqlarını, dövlətimizin, eləcə də, xalqın onlara olan xoş münasibətini tədbirdə iştirak edən uşaqlarla bölüşdülər. Görüş şagirdlərin qazilərə ünvanladığı maraqlı suallarla davam etdirildi. Onların suallarını cavablandıran Qəhrəmanlarımız müharibə zamanı keçdikləri çətin və şərəfli döyüş yolundan danışdılar. Sonda şagirdlərimiz Vətən mövzusunda şeirlər ifa etdilər və tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirdilər.

Keçidlər