Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən Müharibəsi Şəhidlərinin anım mərasimləri keçirilmişdir

04 oktyabr 2022 | 09:33

     Xəzər rayonunda 44 günlük Vətən Müharibəsində şəhid olanların  ailələri ziyarət olunmuşdur.

   Belə ki, Vətən Müharibəsinin ilk günlərində şəhid olmuş Allahverdiyev Allahverdi Əli oğlunun, Vəliyev Müslüm Vəliağa oğlunun, Səlimov Cəmil Oqtay oğlunun, Təhməzov Rəşad Qərib oğlunun, Şirvani Həsənağa Bəhruz oğlunun,  Abdullayev Tural Şakir oğlunun, Yaqubzadə Yaqub Eldəniz oğlunun və Qasımlı Muxtar Əli oğlunun anım günləri keçirilmişdir.

    Mərasimlərdə Xəzər Rayon İcra Hakimiyəti başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH məsul əməkdaşları, qəsəbə nümayəndələri və şəhidin ailə üzvləri iştirak etmişdirlər.

    Tədbirlərdə çıxış edən Xəzər Rayon İcra Hakimiyəti başçısı Elşən Salahov şəhidlərimizə Allahdan rəhmət diləmiş və Vətən müharibəsi zamanı göstərdikləri şücaətlərdən söhbət açaraq, onların əziz xatirəsi millətimizin qəlbində əbədi olaraq qalacağını bildirmişdir.

  Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişdirlər.

Keçidlər