Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Vətən Müharibəsi şəhidi Salamov Vüsal Yəhya oğlunun doğum günü qeyd edilmişdir

21 sentyabr 2022 | 17:31

   21 sentyabr 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər Rayon Polis İdarəsinin rəisi Əli İbrahimov, RİH-in əməkdaşları, bələdiyyə sədri, şəhidin ailə üzvlərinin iştirakı ilə Vətən Müharibəsi şəhidi Salmanov Vüsal Yəhya oğlunun yaşadığı evdə doğum günü qeyd edilmişdir.
   Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan həmçinin şəhid Vüsal Salamovun keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini vurğulanmışdır.
   Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişdirlər.
   Sonda şəhidin əziz xatirəsinə dualar oxunmuşdur .

  Salamov Vüsal Yəhya oğlu 21.09.1993-cü ildə Bakı şəhərində anadan olub. Vüsal Vətən müharibəsində igidlik və mərdlik göstərərək 18.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin, ruhu şadolsun!

Keçidlər