Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə bağlı görüş keçirilib

13 sentyabr 2022 | 17:55

   13 sentyabr 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Polis İdarəsnin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nın icrasına dair tədbir keçirilmişdir. Tədbirdə rayon Polis İdarəsinin əməkdaşları, Xəzər RİH-nin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi komissiyasının nümayəndələri, Rayon Gənclər və İdman İdarəsinin, ümumtəhsil və peşə məktəblərinin, “Ümid Yeri” Uşaq sığınacağının və Şüvəlan Uşaq və Ailələrə Dəstək mərkəzinin nümayəndələri iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Xəzər Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Elməddin Əhmədov açaraq tədbir iştirakçılarını salamlayaraq uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan hər bir kəsə uğurlar arzulamışdır. Bundan sonra Xəzər RPİ-nin YYÇPİTB-nin rəisi, polis mayoru E.Əliyev, Xəzər RİHB-nın müavini L.Əhmədova çıxış edərək Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət planından irəli gələn məsələlərin icrası ilə əlaqədar görülən işlər barəsində ətraflı məruzə etmiş və dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsi ətrafında fikir mübadiləsi aparmışdırlar.
   Digər çıxışçılar ölkə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi barədə sərəncamını dövlətimizin uşaq sahəsində, xüsusən də uşaq hüquqlarının qorunması sahəsində mexanizmlərinin təkmilləşdirilməsinə xidmət etdiyini qeyd etmişdirlər. Tədbirin sonunda uşaq hüquqları və erkən nikah barədə sosial videoçarx təqdim edilmişdir.

Keçidlər