Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda uşaq festivalı keçirilmişdir

16 may 2023 | 10:26

  15 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Xəzər rayonunun Binə qəsəbəsində yerləşən 292№li tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının birgə təşkilatçılığı ilə uşaq festivalı keçirilmişdir. Tədbirdə Xəzər RİH başçısının müavini Lalə Əhmədova, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Millət vəkilləri Rauf Əliyev və Jalə Əhmədova, Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, 292 №li məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir. Tədbiri məktəbin direktoru Kamran İsalı giriş sözü ilə açaraq ilk öncə qonaqları salamlamış, Ulu öndər Heydər Əliyev və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
  Açılışdan sonra söz Dövlət Uşaq Filarmoniyasının iştirakçılarına verilmişdir. Filarmoniyanın nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, Vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edərək, müxtəlif dünya xalqlarının mədəniyyət nümunələrindən ibarət rəqs kompozisiyaları təqdim etmişdirlər. Konsertin sonunda qonaqlar çıxış edərək festivala görə təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirmiş, uğurlar arzulamışlar. Sonda gənc istedadlarla xatirə şəkli çəkilmişdir.

Keçidlər