Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar konsert proqamı keçirilib

10 may 2023 | 21:11

  10 may tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına istirahət parkında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı keçirilib.
  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konsertdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə və idarə - müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.
   Konsertdə tanınmış incəsənət xadimlərinin və rəqs qruplarının bir birindən gözəl ifaları təqdim edilib və sonda möhtəşəm atəşfəşanlıq keçirilib.

Keçidlər