Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhidlərin xatirəsi əbədiləşdirilib

04 noyabr 2022 | 16:33

   4 noyabr 2022-ci il tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev adına 123 nömrəli tam orta məktəbin məzunları olmuş Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş kompleksin açılış mərasimi keçirilmişdir.
   Açılışda Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Bakı Şəhər Təhsil İdarəsinin nümayəndələri, Vətən müharibəsi qaziləri və şəhid ailələri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir.
    Tədbirdə çıxış edən Elşən Salahov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Ermənistanın işğalçı qüvvələrini məhv edərək, xalqımıza qələbə sevinci yaşatdığnı, məcburi köçkünlərin torpaq həsrətinə son qoyduğunu qürur hissi ilə vurğulamışdır.
   O qeyd etdi ki, gənc nəsillər üçün örnək olan şəhidlik zirvəsinə yüksələn qəhrəman həmvətənlərimizin xatirəsinin əbədiləşdirilməsi onların ruhuna olan ehtiramın təzahürüdür.
   Məlumat üçün qeyd edək ki, məktəbin həyətyanı sahəsində inşa edilən kompleksdə şəhidlərin lövhəsi yerləşdirilmiş, işıqlandırma sistemi ilə təchiz edilmiş, ətrafında ağaclar və güllər əkilmişdir.

Keçidlər