Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid Şirvani Həsənağa Bəhruz oğlunun anım mərasimi keçirilmişdir

24 sentyabr 2022 | 12:11

  23 sentyabr 2022-ci il tarixində Xəzər Gənclər Evində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Şirvani Həsənağa Bəhruz oğlunun anım mərasimi keçirilmişdir.

  Mərasimdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, şəhidin ailə üzvləri, şəhid ailələri, din xadimləri və rayon gəncləri iştirak etmişdirlər.

  Tədbirdə ilk olaraq qonaqlara şəhidin həyatına həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.

  Sonra çıxış edən Xəzər RİH-in başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmışdır.

  Millət Vəkili Soltan Məmmədov öz nitqində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman oğullarımız sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad edilməsindən bəhs etmişdir.

  Tədbirdə çıxış edən digər natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyi, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevrildiyini bildirmişdirlər.
   Sonda şəhidin ailə üzvləri və yaxınları çıxış edərək, hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişdirlər.

 

Keçidlər