Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid ailəsi ziyarət olunub

26 sentyabr 2022 | 19:01

  26 sentyabr 2022-ci il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sentyabrın 12-si Ermənistan tərəfindən törədilən təxribatların qarşısını alan zaman qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Zülfüzadə Coşqun Ədail oğlunun ailəsini ziyarət etmişdir.

  Şəhid ailəsi ilə görüşdə həmçinin YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH-in məsul əməkdaşları, ictimai birliklərin nümayəndələri iştirak etmişdirlər.

 Görüş zamanı tarixi qələbəmizdə şəhidlərimizin rolundan bəhs edilərək, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılmışdır.

  Şəhidin ailə üzvləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət, yüksək qayğısı ilə əhatələndiklərini, dövlət tərəfindən bu gün şəhid ailələrinə verilən qiymətin yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsində bir nümunə olduğunu qeyd edərək öz minnətdarlıqlarını bildirmişdirlər.

Keçidlər