Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda şəhid ailələri ziyarət olunub

10 oktyabr 2022 | 09:16

  Xəzər rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı istiqamətində tədbirlər davam etdirilir.

  Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və rayon İcra Hakimiyyətinin nümayəndələri 44 günlük Vətən Müharibəsinin ikinci ildönümü ilə bağlı şəhid ailələrini ziyarət ediblər.

    Türkan qəsəbəsində şəhid Axundov Mirzə Musa oğlu və şəhid Şiriyev Rəşad Rasim oğlunun, Buzovna qəsəbəsində şəhid Bağırov Əli Eltay oğlu, şəhid Nuriyev Hikmət Mübariz oğlu və şəhid Kərimov Mustafa Mais oğlunun, Şüvəlan qəsəbəsində şəhid Eyniyev Tərlan Gölşad oğlunun ailələrinin ziyarəti zamanı, Elşən Salahov onların qayğı və problemləri ilə maraqlanmışdır.

   Görüşlər zamanı şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub. Vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi olaraq yaşayacaq.

  Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər