Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş idman festivalı keçirilib

05 noyabr 2022 | 15:58

   04.11.2022-ci tarixdə Xəzər Rayon İcra Hakimiyyəti, Xəzər Rayon Gənclər və İdman İdarəsi və Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin birgə təşkilatçılığı ilə tədbir təşkil olunub. İdman festivalında kursantlar arasında silahların sökülüb yığılması, dartınma və şahmat üzrə yarışlar təşkil olunub.

   İdman Festivalında Xəzər Rayon İcra Hakimiyyətinin əməkdaşları, Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin rəisi Polkovnik Asif Muradov, şəhid ailələrinin üzvləri və kursantlar iştirak etmişdirlər.

   Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilən tədbirdə, Vətən uğrunda şəhid olan Qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra kursantların ifasında vətənpərvərlik mövzusunda ifalar səsləndirilib və nümunəvi çıxışlar göstərilmişdir.

   Tədbirin sonunda İdarə tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbinin kursantlarına müvafiq dərəcəli diplomlar və sertifikatlar təqdim olunmuş və xatirə şəkli çəkilmişdir.

Keçidlər