Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə silsilə tədbirlər keçirilib

30 dekabr 2022 | 18:17

  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
  Belə ki, Xəzər rayon 216 nömrəli tam orta məktəbdə "Mən Azərbaycanlıyam" devizi altında rayonun orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında Breyn-rinq intellektual oyunu keçirilib. İntellektual oyunda rayonun 27 məktəb üzrə 162 şagirdi iştirak etmişdir. Gərgin bilik mübarizəsi meydanında 149 nömrəli tam orta məktəbin komandası I yerə, 326 nömrəli tam orta məktəbin komandası II yerə, 123 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülərək kubok, medal və diplomlarla mükafatlandırılıblar.
  Eyni zamanda, 26 nömrəli tam orta məktəbdə Xəzər rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol üzrə idman turniri də keçirilib. Turnirin nəticələrinə əsasən 149 nömrəli tam orta məktəbin komandası bütün rəqiblərinə qalib gələrək l yeri, 117 nömrəli tam orta məktəb ll yeri və 26 nömrəli tam orta məktəb llI yeri tutublar. Qaliblər diplomlarla mükafatlandırılıblar.

Keçidlər