Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda 1990-cı ildə qanlı yanvar hadisələrində həlak olmuş 20 yanvar şəhidlərin ailələri və əlilləri ziyarət olunub

19 yanvar 2023 | 17:05

  1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə xalqın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı Bakı və ətraf rayonlarda törədilmiş qətliyamın 33-cü il dönümü ilə əlaqədar Xəzər rayonu ərazisində yaşayan 20 yanvar şəhidlərinin ailələrinə və əlillərinə baş çəkilib,.şəhid məzarları ziyarət olunaraq, üzərilərinə gül dəstələri düzülüb.
  Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həyata keçirilən ziyarətlərdə İcra Hakimiyyəti başçısının müavini Lalə Əhmədova, RİH başçısı Aparatının şöbə müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədləri iştirak ediblər.
Mərdəkan qəsəbəsindən şəhid Mövludov Fuad Fərhad oğlunun, Şüvəlan qəsəbəsindən şəhid Novruzbəyli Ağabəy Oqtay oğlunun, Zirə qəsəbəsindən şəhid Yakubov Nüsrət İsmayıl oğlunun ailələri, həmçinin    Xəzər rayon üzrə 20 yanvar əlilləri ziyarət olunub, onların qayğı və problemləri ilə maraqlanılıb.
   Görüşlər zamanı şəhidlərimizin xatirəsi ehtiramla anılaraq, bu faciənin Azərbaycan xalqının qan yaddaşında əbədi həkk olunduğu, keçmiş sovet ittifaqı ordusunun qarşısına silahsız, əliyalın çıxaraq canlarını fəda edən    20 Yanvar şəhidlərinin müstəqillik tariximizin qəhramanları olduqları vurğulanıb. Eyni zamanda qeyd olunub ki, dövlətimiz tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə göstərilən qayğı hər zaman diqqət mərkəzində saxlanılır və mütəmadı olaraq onlara verilən təqaüd və müavinətlər artırılır. Ziyarət zamanı 20 yanvar şəhidlərinin ailələrinə və əlillərinə maddi və ərzaq yardımları göstərilib.
  Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər