Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər rayonunda “1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olundu

01 iyun 2022 | 16:49

   Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 31 may 2022-ci il tarixində torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən müharibəsi şəhidlərinin övladları üçün Xəzər Rayon İcra Hakimiyyəti, Şüvəlan Park və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə “Kinderland” uşaq əyləncə mərkəzində bayram tədbiri keçirilmişdir.
   Mərkəzdəki attraksionlarda əyləncəli vaxt keçirən uşaqlar sonra mini peşə şəhərciyinə dəvət olunublar. Mini peşə şəhərciyində uşaqlar fəaliyyət sahələrində müəyyən bilgilər alıb, özlərini müxtəlif peşə sahibləri kimi sınayıblar. Sonda uşaqlar tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirmişdir.

Keçidlər