Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

20 sentyabr 2022 | 10:00

   19.09.2022-ci il tarixində Rayon İcra Hakimiyyətinin əməkdaşları, qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr və rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Xəzər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən diqqət və qayğının daim nəzarətdə saxlanılması, qaldırdıqları məsələlərin operativ həlli ilə əlaqədar müşavirə keçirilmişdir.
   Müşavirəni giriş sözü ilə açan RİH başçısı Elşən Salahov bildirdi ki, ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək diqqət və qayğı göstərilir. Onlara göstərilən bu qayğının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli Liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
   Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, müharibə veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir.
   E.Salahov çıxışına davam edərək bildirdi ki, Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
   Müşavirənin sonunda aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər