Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər Rayon İcra Hakimiyyəti başçısının Qala qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirildi

08 iyun 2022 | 17:28

     8 iyun 2022-ci il tarixində 185 saylı tam orta məktəbdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
     Görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qala bələdiyyəsinin sədri, rayonda fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
     Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verdikdən sonra,  rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, onları narahat edən məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
     Sakinlər tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri rayon icra hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, əlavə araşdırmalara ehtiyac olan məsələlərlə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər