Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların fərdi qaydada növbəti qəbulu keçirilib

14 fevral 2023 | 09:15

   13 fevral 2023-cü il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla növbəti qəbulu keçirilib.
   Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin və İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirlərinin iştirak etdiyi qəbulda bir qrup rayon sakininin müraciəti dinlənilib.
   Qəbul zamanı sakinləri narahat edən məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli istiqamətində tapşırıqlar verilərək nəzarətə götürülüb.

Keçidlər